"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi bu gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.
Vinger bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Qətərə uçub. 34 yaşlı futbolçunun bundan sonra Qətərin “Əl-Şəhaniya” klubunda çıxış edəcəyi gözlənilir. Tərəflər arasında müqavilə ilə bağlı razılığın əldə olunduğu daha əvvəl də bildirilmişdi. Beləliklə, Abdullah Zubirin “Qarabağ”dakı uzunmüddətli karyerası başa çatıb.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a transfer olunmuşdu. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrilib və komandanın kapitanı idi.
