Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandada böyük işıq görürəm" - Kaxaber Sxadadze
    14.08.2026 22:50:31

    Azərbaycan Premyer Liqasının I turunda “Turan Tovuz”a məğlub olan (0:1) “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, gürcüstanlı mütəxəssis görüş barədə düşüncələrini bölüşüb.

    – Mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Avrokuboklarda uğurlu nəticələr əldə edən “Sabah” və “Qarabağ”a növbəti mərhələdə də uğurlar diləyirəm. Bugünkü oyunda 3 xal qazanan “Turan Tovuz”un da haqqını vermək lazımdır. Maraqlı və bərabər mübarizə izlədik. İlk hissədə yol verdiyimiz bir səhvdən sonra rəqib fərqləndi. İkinci yarıda isə rəqibi sıxdıq, daha üstün futbol oynadıq. Sadəcə son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Biz bu heyətlə demək olar ki, ilk rəsmi matçımıza çıxırdıq. Yoldaşlıq görüşlərində birgə oynamamışdıq. Buna baxmayaraq, komandada böyük potensial gördüm. İnanıram ki, növbəti turlarda daha yaxşı nəticələr əldə edəcəyik. Bizi dəstəkləmək üçün uzaq məsafə qət edən azarkeşlərimizə də minnətdaram.

    Təcrübəli çalışdırıcı ardınca jurnalistlərin suallarını cavablandırıb.

    – 2 mərkəz hücumçusu ilə oynamaq sevdiyiniz üslubdur, yoxsa digər futbolçuların yoxluğundan bu taktikaya üstünlük verdiniz?

    – Meydana hücumameyilli heyətlə çıxmışdıq. İrəlidəki forvard cütlüyündən başqa, Bruno və Meşak kimi iki pleymeykerə şans verdik. Sərəncamımızda belə keyfiyyətli hücumçular ola-ola onları kənarda saxlamaq günah olardı. Təbii ki, bu taktika müdafiə xəttindəki futbolçuların üzərinə əlavə yük saldı. Bruno komandaya yeni qoşulduğu üçün fiziki baxımdan tam hazır deyil, bu səbəbdən onu əvəzlədik. Meşak isə arxa xəttə xeyli kömək etdi. Digər matçlarda fərqli sistemlərdən istifadə edə bilərik, amma bu gün seçdiyimiz taktika doğru idi. Sadəcə yaradılan imkanları qolla yekunlaşdıra bilmədik.

    – Ehtiyat skamyada əsasən akademiyanın gəncləridir. Heyəti gücləndirmək üçün yeni transferlər gözlənilir?

    – Heyətə çoxlu yetirməni cəlb edirik. Məsələn, Ziya Şəkərxanov matça çox yaxşı qoşuldu və oyunu canlandırdı. Ötən mövsüm də gənclərə yetərincə şans vermişdik. Bu gün də ehtiyat skamyamızda yer alan 6–7 futbolçunun yaşı 20–21 civarında idi, lakin rəqabəti artırmaq üçün güclənməyə ehtiyac var. Bəzi mövqelər var ki, ora təcili oyunçu lazımdır.

    – Start heyətdə cəmi iki yerli futbolçunun yer alması nə ilə bağlıdır?

    – Yerli futbolçulara əlbəttə şans verəcəyik. Bu gün belə bir heyətlə çıxmağı məqsədəuyğun saydıq. Bütün futbolçular hazır olmalıdır. Ötən mövsüm bəzən 5 yerli oyunçu ilə də çıxırdıq. Növbəti matçlardakı taktikadan və gedişatdan çox şey asılı olacaq.

    – Yeni mövsümdə komandanın əsas hədəfi nədir?

    – Komandada böyük işıq görürəm. Ötən mövsümü 3-cü pillədə bitirən rəqiblə başabaş oynadıq, hətta bəzi anlarda üstün tərəf idik. Çıxıb hər oyunda 3 xal üçün döyüşəcəyik. Bu cür xarakter göstərsək, istədiyimiz nəticələri əldə edə biləcəyik.

    – I Liqadan gəlib Premyer Liqada iddialı olmaq psixoloji cəhətdən necə təsir edir?

    – Həyat belədir, güclü olub mübarizə aparmalısan. Mənim kifayət qədər təcrübəm var, bu baxımdan heç bir problem yoxdur. Əsas odur ki, özümə və komandama inanıram.

    Futbol

    "Sabah" və "Sumqayıt"dan əzmkar qələbə – FOTOLAR

    26.08.2026 19:14:53
    Futbol

    "Qarabağ"la ilk oyundakı səhvlərimizdən nəticə çıxarmışıq" - Rud Neysdat

    26.08.2026 18:10:51
    Futbol

    "Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq" - "Tvente"nin baş məşqçisi

    26.08.2026 17:38:50
    Futbol

    "Qarabağ" Zubiri nigeriyalı vingerlə əvəzləyir

    26.08.2026 17:10:00
    Futbol

    "Sabah"dan 4, "Sumqayıt"dan 7 qollu qələbə

    26.08.2026 16:42:42
    Futbol

    Özbəklər də "Sabah"ı təbrik etdi - FOTO

    26.08.2026 16:20:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" və "Sumqayıt"dan əzmkar qələbə – FOTOLAR

    26.08.2026 19:14:53

    Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı

    26.08.2026 18:47:33

    "Qarabağ"la ilk oyundakı səhvlərimizdən nəticə çıxarmışıq" - Rud Neysdat

    26.08.2026 18:10:51

    "Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq" - "Tvente"nin baş məşqçisi

    26.08.2026 17:38:50

    "Qarabağ" Zubiri nigeriyalı vingerlə əvəzləyir

    26.08.2026 17:10:00

    "Sabah"dan 4, "Sumqayıt"dan 7 qollu qələbə

    26.08.2026 16:42:42

    Özbəklər də "Sabah"ı təbrik etdi - FOTO

    26.08.2026 16:20:41

    Millimizin Antverpendəki oyunlarının təqvimi bilindi

    26.08.2026 15:45:39

    AFFA "Neftçi"ni 2 min, "İmişli"ni 700 manat cərimələdi

    26.08.2026 15:14:10

    Vaqif Cavadov "Tvente"nin qaldığı otelə niyə gedib?

    26.08.2026 14:39:30

    "İmişli" bu yay aldığı futbolçunu göndərdi

    26.08.2026 14:13:36

    "Təhlükə bizim hesabda öndə olmağımızdır" - Qurban Qurbanov

    26.08.2026 14:01:20

    "Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım" - Timoteuş Puxaç

    26.08.2026 13:40:39

    "Sabah" təsnifat mərhələsinin ən intizamlı komandasıdır

    26.08.2026 13:14:47

    "Neftçi" legioneri ilə vidalaşdı

    26.08.2026 12:42:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved