Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Şamaxı" oyununun biletləri satışa çıxarılıb.
Prosport.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.
Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışdadır. Oyun günü isə "Qarabağ" azarkeşləri biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" oyunu saat 19:30-da başlayacaq.
