"Gəncə" heyətinə daha bir basketbolçu qatıb.
Prosport.Az xəbər verir ki, klub Tariyel Yusifzadə ilə anlaşma əldə edib. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Tariyel Yusifzadə 2023/2024 mövsümündə də "Gəncə"nin formasını geyinib. Basketbolçu son olaraq "Ordu"da çıxış edib.
