Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik" – Qurban Qurbanov
    13.08.2026 22:55:59

    UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev) oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Gedişatdan da hiss olunurdu ki, gərgin oyundur. Rəqib məğlub olmaq istəmirdi. Həm topla, həm topsuz düzgün davranış göstərdik. Vacib qələbə oldu. Azarkeşlərimizə də təşəkkür edirəm. Çempionlar Liqasındakı kimi möhtəşəm atmosfer yaratdılar. “Dinamo”ya uğurlar arzu edirəm. Belə rəqibə qarşı oynamaq, qələbə qazanmaq xoş oldu. Maraqlı və vacib qalibiyyət oldu.

    – 1-ci və 2-ci oyun arasında hansı fərqlər var idi?
    – Bu gün daha aktiv oynadıq, pressinqlərimiz yaxşı alınırdı. Topla doğru və daha tez davranıb, hücumlar qururduq. Sadəcə 2:0-dan sonra dəyişikliklər oldu. Belə isti havada 90 dəqiqə tempi saxlamaq asan deyil. Ümumi oyunumuzdan razı qaldım.

    – Koxalskinin startda olmaması komandadan ayrılması ilə bağlı idi?
    – Durumu yaxşıdır. Ayrılmağı ilə bağlı hansısa bir fikir, danışıq yoxdur. Bəzən futbolçular üçün istirahət də önəmli olur. Zlomisliçə şans verməyi düşündük və pis dəyərləndirmədi. Onun oynamasının riskli olacağını düşünmürdük. Oynamaq üçün buraya gəlib.

    – Bu mövsümün ən çox razı qaldığınız oyun bu idi?
    – Qələbə olanda həmişə daha çox razı olursan. 2 oyunda da hücumlar qurmağa çalışdıq. ÇSKA ilə 120 dəqiqəlik matçda daha bərk, dözümlü olduğumuzu düşünürəm. Hər oyunun öz dəyəri var. Qələbə bəzən çox şeyi üstələyir. Getdikcə yaxşılığa doğru gedəcəyik.

    – “Tvente”yə qarşı hansı planla oynayacaqsınız?
    – Hələ tam təhlil etməmişəm. Vurduqları qollara baxmışam. Niderland futboluna xas hücumlar qururlar. Tariximizdə qrup mərhələsinə ilk düşəndə məhz “Tvente”ni keçmişdik. Bu dəfə də daha çox düşünməli olacağıq. Onlarla oyunda topla və ya topsuz çox hərəkət etməliyik.

    – Bəzi anlarda kənara gələn futbolçular azı 1 dəqiqə gözləməli olur. Futbola gətirilən bu yeni qayda ilə bağlı fikirləriniz nədir?
    – Hakimlər də belə halları başa düşməlidir. Hava isti, temp yüksəkdir. Zubirin çox vaxt apardığını düşünmürəm.

    – Zlomisliçin oyununu necə dəyərləndirirsiniz?
    – "Risk etməyən qəhrəman olmaz" deyirlər. Onun avrokubok təcrübəsi ilə bağlı problemi yoxdur. Eyni zamanda dünya çempionatında Bosniya və Herseqovina millisinin düşərgəsində yer alıb. Bunun özü böyük təcrübədir.

    – Elvin Cəfərquliyev açıqlama verib ki, bir neçə ay asfaltda məşq etmişəm, hələ tam hazır deyiləm...
    – Bəlkə də daha çox asfaltda məşq etməlidir (gülür). Amma düzü, məncə, asfaltda məşq etməyib. İndividual hazırlaşıbsa, deyə bilmərəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik.

    – “Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib ki, qarşımızda “Qarabağ” olduğu üçün biz bu yerlərə gələ bilmişik. “Sabah”la aranızdakı rəqabət futbolun inkişafına necə təsir edəcək?
    – Rəqabət olmazsa, futbol inkişaf etməz. Debüt ilində Çempionlar Liqasında pley-offa yüksəlmək böyük uğurdur. Həm oyun var, həm nəticə. “Sabah”da planlı işlər görülür. Hər komandanın yüksəlişi bizə motivasiya verir. Azərbaycan klublarında artıq böyük inam yaranıb. Biz şansımızdan istifadə etdik, illərlə avrokuboklarda oynadıq. Bu gün “Sabah” bunu təkrarlayırsa, deməli, inam yaranıb. Bəlkə sponsorların da marağı artar. Futbolumuzun canlanmasını, azarkeşlərin stadionlara gəlməsini istəyirik. “Sabah” artıq qrupları təmin edib, bizim də şansımız var. 2 komandanın Avropada təmsil olunması gözəl olar.

    – Həm “Sabah”, həm "Qarabağ" pley-offda ilk oyunu səfərdə, cavab matçını Bakıda keçirəcəksiniz. “Sabah”ın da oyununun Tofiq Bəhramov adına Respublika stadionunda olacağını nəzərə alsaq, ardıcıl oyunlar arenada problem yaratmaz?
    – Meydançanın durumu bu gün də bizi narahat edir. Stadiona baxan işçilər çox çalışırlar. Məncə, bir yol tapacağıq. Təki, belə problemlərimiz olsun.

    – Konfrans Liqasında şanslarınız necədir?
    – Qarşıda 2 oyun var. Şanslardan maksimum yararlanmağa çalışacağıq. Həm hücumda, həm yarımmüdafiədə çatışmazlıqlar var. Ümumi olaraq, hər mövqe üçün əlavə bir oyunçunun olmasını istərdim.

    Futbol

    Futbolda yenilik: Qara kart tətbiq olunacaq

    12.09.2026 16:31:53
    Futbol

    Qana millisinin üzvü milli komanda karyerasını başa vurdu

    12.09.2026 15:36:55
    Futbol

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14
    Futbol

    "Düzdür, qol vurdum, amma..." - "Neftçi"nin legioneri

    12.09.2026 14:08:23
    Akademiya

    "Qarabağ"ın afrikalı futbolçusu millimizdə oynamaq istəyir - VİDEO

    12.09.2026 13:10:24
    Futbol

    Ayxan Abbasov ölkə xaricində millimizin üzvü ilə görüşdü – FOTO

    12.09.2026 10:40:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bu klub dağılmaq təhlükəsi ilə üz-üzədir

    12.09.2026 17:51:21

    “Sea Breeze 2026” turnirində yarımfinal mərhələsi başladı

    12.09.2026 17:44:22

    Hidayət Heydərov zədələndi

    12.09.2026 16:53:19

    "Gəncə" meksikalı mütəxəssislə müqavilə imzaladı

    12.09.2026 16:46:50

    Futbolda yenilik: Qara kart tətbiq olunacaq

    12.09.2026 16:31:53

    Qana millisinin üzvü milli komanda karyerasını başa vurdu

    12.09.2026 15:36:55

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14

    "Düzdür, qol vurdum, amma..." - "Neftçi"nin legioneri

    12.09.2026 14:08:23

    Naxçıvan klubunda yeni müqavilə

    12.09.2026 13:41:02

    "Qarabağ"ın afrikalı futbolçusu millimizdə oynamaq istəyir - VİDEO

    12.09.2026 13:10:24

    Avrokubok təmsilçilərimizin oyun proqramı açıqlandı

    12.09.2026 12:37:16

    Yığmamız Türkiyədə 2-ci oldu

    12.09.2026 12:04:53

    Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

    12.09.2026 11:43:33

    Azərbaycan çempionu Gəncə klubuna keçdi

    12.09.2026 11:12:44

    Ayxan Abbasov ölkə xaricində millimizin üzvü ilə görüşdü – FOTO

    12.09.2026 10:40:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved