UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev) oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi İqor Kostyuk jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.
– “Qarabağ” ilk oyundan nəyi fərqli etdi ki, qələbə qazandı?
– İmkanlarından maksimum yararlandılar.
– 2-ci hissənin əvvəlində 100 faizlik epizodu vura bilmədiniz. Bu, oyunun gedişatına necə təsir etdi?
– Fasilədən sonra 3 qol imkanımız oldu, amma dəyərləndirə bilmədik. Ola bilsin, bəxtimiz gətirmədi.
– Hava toplarından daha çox istifadə edirdiniz. Başqa variant yox idi, ya “Qarabağ”ın zəif tərəfini tapmışdınız?
– İlk dəqiqələrdən aqressiv oynamağa, topa nəzarət etməyə çalışırdıq. Bəzi anlarda rəqibin pressinqi ilə də qarşılaşırdıq.
