Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çox sirri açmaq istəmirəm, amma..." - Mahir Emreli
    13.08.2026 15:18:29

    “Rakuv” və “Hammarbü” təxminən eyni səviyyəli komandalardır. Bu mənada bizi maraqlı və baxımlı qarşılaşma gözləyir".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Polşanın “Rakuv” komandasının futbolçusu Mahir Emreli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İsveçdə “Hammarbü”yə qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

    29 yaşlı hücumçu matça ciddi hazırlaşdıqlarını bildirib: “Pley-offa adlamaq üçün yaxşı şansımızın olduğunu düşünürəm. Çox sirri açmaq istəmirəm, amma qaydaları bilirik və necə oynamalı olduğumuzu dəqiq anlayırıq. Ümid edirəm ki, hər şey bizim xeyrimizə olacaq”.

    Təcrübəli forvard İsveç təmsilçisinin güclü tərəflərinə də toxunub: “Hammarbü” yaxşı təşkil olunmuş komandadır. Topla necə davranmaq lazım olduğunu yaxşı bilirlər. Sürətli və keyfiyyətli oyunçuları var, topa nəzarət etməyi sevirlər. Amma biz də buna uyğun plan hazırlamışıq. Matçdan əvvəl gözləntilər barədə danışmağı sevmirəm. Bizim işimiz məşq etmək, meydanda və meydandan kənarda qaydalara əməl etməkdir. Doğru yolda olduğumuzu bildikdə nəticələrin də gələcəyinə inanıram”.

    Mahir Emreli “Hammarbü” ilə ilk oyundakı qol fürsətlərindən yararlana bilmədiyini etiraf edib: “Ümid edirəm ki, ilk matçdakı səhvlərimi düzəldə biləcəyəm. Təəssüf ki, qol epizodlarından yararlana bilmədim. Oyun ilə bağlı nikbinəm. Çünki çox yaxşı hazırlaşmışıq”.

    O, süni örtüklü meydançada oynamağın özü üçün yenilik olmayacağını vurğulayıb: “Bu cür arenalara öyrəşmişəm. Son bir neçə ildə belə meydançalarda oynamasam da, Azərbaycanda da süni örtüklü bir neçə meydança var. Ona görə də bu, mənim üçün yenilik deyil. Hər iki komanda üçün şərait eyni olacaq. “Hammarbü”nün bəlkə də yeganə üstünlüyü hər gün bu meydançada məşq etməsidir. Amma düşünmürəm ki, bu, matçın taleyini həll edən amil olacaq”.

    Daha əvvəl Polşada “Legiya”nın formasını geyinmiş futbolçu yenidən bu ölkəyə qayıtdığı üçün şad olduğunu bildirib: “İndi də “Rakuv”da əlimdən gələni etməyə çalışıram. Komandada məni çox yaxşı qarşıladılar. Əvvəllər Polşada oynamışam və hər şeyin necə işlədiyini dəqiq bilirəm. Özümü komandada yaxşı hiss edirəm. İnanıram ki, “Rakuv”un uğur qazanmasında öz töhfəmi verə biləcəyəm”.

    Qeyd edək ki, bu gün keçiriləcək “Hammarbü” – “Rakuv” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved