“Qarabağ”ın vingeri Aleksey Kaşşuk yay “transfer pəncərəsi”ndə Ağdam klubundan ayrıla bilərmiş.
Prosport.Az xəbər verir ki, ona müxtəlif təkliflər edilib.
“Qarabağ”ın digər futbolçusu Leandro Andradeni heyətinə qatan Ukraynanın “Polessye” klubu Kaşşuku da almaq fikrində imiş. Hətta onlar Azərbaycan klubu ilə danışıqlar aparıb. “Qarabağ” da bu keçidə razılıq verib və ukraynalılardan 2 milyon avro istəyib. Qarşı tərəf razılaşsa da, Kaşşuk ölkəsinə qayıtmaq istəməyib.
Bildirilib ki, Kaşşuka Kiprin “Omoniya” və Xorvatiyanın “Hayduk” klubları da maraq göstəriblər.
Qeyd edək ki, vingerin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
