"Neftçi" Renat Dadaşovun istəyini geri çevirib. Azərbaycan millisinin forvardı hazırda klubsuzdur.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu menecerlər vasitəsilə özünü bir neçə dəfə "ağ qaralar"a təklif edib.
İlk müraciətlə sonuncu arasında ciddi maaş endirimi də olub. Lakin bütün cəhdlərə rəğmən "Neftçi" tərəfi Renat Dadaşovu istəmədiyini bildirib.
Dadaşovun sonuncu klubu Polşa "Motor"u olub. O, burada keçirdiyi 22 görüşdə heç nə ilə yadda qalmayıb.
Forvard Azərbaycan millisində 45 görüşdə 7 qolla yadda qalıb.
