Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah" bu mövsüm UEFA-dan nə qədər pul qazanıb?
    12.08.2026 21:41:29

    “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə UEFA-dan minimum 8,98 milyon avro (təxminən 17,9 milyon AZN) gəliri təmin edib.

    Prosport.Az xəbər verir ki, bu məbləğ “bayquşlar”ın pley-offda İsrailin “Hapoel” (Beer-Şeva) komandasına uduzacağı və daha sonra Avropa Liqasının əsas mərhələsində 8 oyunun hamısında məğlub olacağı ən pis ssenari üzrə hesablanıb.

    Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran klublara 4,29 milyon avro (təxminən 8,51 milyon AZN) ödənilir. Belə komandalar avtomatik olaraq Avropa Liqasının əsas mərhələsinə düşürlər. Burada iştiraka görə əlavə 4,31 milyon avro (təxminən 8,55 milyon AZN) nəzərdə tutulur. Hətta “Sabah” 8 matçın hamısında uduzaraq 36-cı yeri tutsa belə, turnir cədvəlindəki mövqeyinə görə daha 75 min avro (təxminən 149 min AZN) əldə edəcək (İdman.Biz).

    Bundan başqa, klub əmsalı, televiziya bazarı və digər kommersiya göstəriciləri ilə bağlı ödənişlər də nəzərə alınır. Hesablamalara görə, “Sabah” bu istiqamətdə minimum 307 min avro (təxminən 609 min AZN) qazana bilər.

    Beləliklə, Azərbaycan çempionunun Çempionlar Liqasının pley-offuna yüksəlməklə təmin etdiyi minimum gəlir 8,98 milyon avroya çatır.

    “Sabah” “Hapoel” səddini keçərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazansa, rəqəmlər daha da artacaq. Bu halda klubun minimum gəliri 20,17 milyon avro (təxminən 40 milyon AZN) təşkil edəcək.

    Əsas mərhələyə vəsiqənin özü “Sabah”a 18,62 milyon avro (təxminən 36,95 milyon AZN) qazandıracaq. Komanda 8 oyunun hamısında məğlub olaraq sonuncu – 36-cı pilləni tutsa belə, əlavə 275 min avro (təxminən 546 min AZN) əldə edəcək.

    Klub əmsalı və yayım bazarı ilə bağlı ödənişlər isə bu ssenaridə minimum 1,28 milyon avro (təxminən 2,54 milyon AZN) həcmində qiymətləndirilir.

    Beləliklə, “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəyi halda heç bir xal qazanmadan belə UEFA-dan minimum 20,17 milyon avro gəlir əldə edə bilər.

    Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off oyunları 18-19 və 25-26 avqust tarixlərində keçiriləcək.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved