"Sabah" komandası UEFA Avropa Liqasında əsas mərhələni təmin edib.
Prosport.Az xəbər verir ki, bu, "bayquşlar"ın UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi sayəsində mümkün olub.
Azərbaycan çempionu qitənin bir nömrəli klub turnirində Danimarka təmsilçisi "Orxus"u mübarizədən kənarlaşdırıb.
Səfərdə 1:2 hesabı ilə uduzan komanda evdə rəqibini 4 cavabsız qolla üstələyib.
