AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov media nümayəndələri üçün keçirilən “Oyun qaydaları 2026/2027 UEFA təlimləri” seminarında bildirib ki, Azərbaycanda yerli VAR mütəxəssislərinin hazırlanması istiqamətində iş aparılır.
Prosport.Az xəbər verir ki, Rauf Cabbarov və Cavid Cəlilov hazırkı VAR mütəxəssisi Murat Ilqazdan sonra bu vəzifədə fəaliyyət göstərmələri üçün yetişdirilirlər.
