Yeni mövsümə hazırlıqlarını davam etdirən “Karvan-Yevlax” növbəti yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Yevlax təmsilçisi səfərdə I Liqa klubu “Mingəçevir”lə qarşılaşıb. Görüş “Karvan-Yevlax”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Karvan-Yevlax” ötən mövsüm Premyer Liqanı 15 xalla sonuncu pillədə başa vuraraq I Liqaya düşüb. Bölgə təmsilçisi yeni mövsümdə I Liqada mübarizə aparacaq.
