“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, Valdas Dambrauskasın komandası III təsnifat mərhələsinin cavab görüşündə Danimarkanın “Orxus” klubunu 4:0 hesabı ilə məğlub edib.
Masazır təmsilçisinin heyətində Velko Simiç 59-cu, Stiv Solve 67-ci, Coy-Lens Mikels 79-cu, Ksander Severina isə 89-cu dəqiqədə fərqlənib.
“Sabah” səfərdə keçirilən ilk qarşılaşmada rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.
Beləliklə, iki oyunun nəticəsinə görə 5:2 hesablı üstünlük qazanan “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Azərbaycan çempionu növbəti mərhələdə "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
20:03
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah” – “Orhus” (Danimarka) matçı başlayıb.
Prosport.Az xəbər verir ki, qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.
Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk oyunda “Orhus” 2:1 hesablı qələbə qazanıb.
