Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Dinamo"nun prezidenti "Qarabağ"la oyundan əvvəl futbolçularla ciddi söhbət edib
    11.08.2026 18:14:56

    Ukrayna “Dinamo" (Kiyev) klubunun prezidenti İqor Surkis “Qarabağ”la UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl futbolçularla sərt və emosional söhbət edib.

    Prosport.Az xəbər verir ki, bu barədə Ukraynanın tanınmış idman jurnalisti və “TaToTake” verilişinin aparıcısı Mixail Spivakovski danışıb.

    Onun sözlərinə görə, Surkis “Qarabağ”la vacib qarşılaşma ərəfəsində komandanın paltardəyişmə otağına daxil olaraq futbolçularla ciddi söhbət aparıb. Klub prezidentinin əsas məqsədi oyunçuların motivasiyasını və meydandakı mübarizə əzmini artırmaq olub.

    Spivakovski komanda daxilində baş verənləri belə təsvir edib: “Futbolçuların dediklərindən bildiyimə görə, “Qarabağ”la oyundan əvvəl klub prezidenti İqor Surkis paltardəyişmə otağına gəlib. Orada, dostlar, elə bir “pistonizasiya” olub ki, çoxdan belə bir şey olmamışdı”.

    Jurnalistin istifadə etdiyi “pistonizasiya” ifadəsi futbolçuların sərt şəkildə danlanması, onların özlərinə gətirilməsi və qarşıdakı oyuna maksimum köklənmələri mənasında işlədilib.

    Spivakovskinin sözlərinə görə, Surkisin komandaya müraciətindən sonra futbolçuların meydandakı davranışında da ciddi dəyişiklik hiss olunub.

    “Dinamo"nun oyunçuları qarşılaşmanın ilk dəqiqələrindən daha fəal, aqressiv və mübariz oynamağa başlayıblar. Jurnalist hesab edir ki, paltardəyişmə otağındakı emosional söhbətin yaratdığı psixoloji impuls futbolçuların meydandakı çıxışına birbaşa təsir edib: “Onlar meydana çıxanda həmin “pistonizasiya”nın inersiyasını görürsən. İnsanlar normal şəkildə qaçırdılar”.

    Onun sözlərindən belə nəticə çıxır ki, klub rəhbərliyinin müdaxiləsi komandada yaranmış müəyyən psixoloji durğunluğu aradan qaldırmağa kömək edib. Xüsusilə avrokuboklarda nəticənin və növbəti mərhələyə keçidin böyük əhəmiyyət daşıdığı bir vaxtda futbolçuların maksimum səfərbər olunması “Dinamo" üçün vacib idi.

    İqor Surkisin komandaya sərt müraciətindən sonra “Dinamo" meydanda daha yüksək temp və mübarizə nümayiş etdirib.

    Kiyev təmsilçisi “Qarabağ”la qarşılaşmada minimal hesablı qələbə qazanıb – 1:0. Bu nəticə Ukrayna klubuna avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü öncəsi müəyyən üstünlük qazandırıb.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved