AFFA-nın təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil olunan "Oyun qaydaları 2026/2027 UEFA təlimləri" seminarında AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycanın 4-cü FİFA referisinin bu qədər gec olması ilə bağlı Prosport.Az-ın sualına cavab verib:
“Azərbaycanda 4-cü FIFA referisinin olması əvvəlki Hakimlər Komitəsinin rəhbərliyin vaxtında olub. Bunun üçün AFFA rəhbərliyi Frank de Blekerə göstəriş vermişdi. Amma mən daha əvvəl də fikirləşmişəm ki, biz bunun üçün 5 il itirmişik. Qonşularımızda bu say 4 idi. Biz bunu çoxdan etməliydik”.
