Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümündə yeni qayda tətbiq olunacaq.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov məlumatlandırıcı görüşdə açıqlama verib.
O bildirib ki, əvəzlənən futbolçu 10 saniyə ərzində meydanı tərk etməzsə, onun yerinə daxil olan oyunçu 1 dəqiqə gözləməli olacaq: "Əgər 1-dən çox əvəzetmə olarsa, o zaman 10 saniyə qaydası sonuncu əvəzetməyə şamil ediləcək".
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.
