Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən "Neftçi" yoxlama oyunu keçirib. "Ağ-qaralar" "Şahdağ Qusar"la qarşılaşıb. I Liqa mənsubu ilə görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Yuri Vernidub bu matçdan əvvəl və sonra bazada bəzi məhdudiyyətlər tətbiq edib.
Baş məşqçi qarşılaşmanın klubun rəsmi “yutub“ kanalı üzərindən canlı yayımlanmasına icazə verməyib. O, yalnız qol epizodlarının çəkilib göstərilməsinə razılaşıb. Ukraynalı çalışdırıcı oyuna azarkeşlərinə buraxılmasına da “olmaz“ deyib.
60 yaşlı sükançı hətta burada çalışan əməkdaşların, akademiyada futbolun sirlərini öyrənən azyaşlı oyunçuların tribunada yer almasına “yox“ söyləyib.
