Rusiyanın “Ximki” klubunun keçmiş investoru, Azərbaycanəsilli Tufan Sadıqov futboldan ömürlük uzaqlaşdırılması qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.
Prosport.Az xəbər verir ki, dinləmə bu ilin 14 oktyabrında keçiriləcək.
2024/2025 mövsümündə "Ximki" Rusiya Premyer Liqasının turnir cədvəlində 12-ci yeri tutaraq yüksək diviziondakı yerini qoruyub saxlayıb. Lakin klub yeni mövsüm üçün lisenziya ala bilməyib. 2025-ci ilin yazında oyunçular və klub işçiləri əməkhaqqı borclarından şikayətlənib və hətta oyunları boykot etməklə hədələyiblər.
Tufan Sadıqov 2025-ci il noyabrın 7-də Rusiya Futbol İttifaqının (RFU) qərarı ilə ömürlük cəzalandırılıb.
