"Qarabağ"ın sabiq futbolçusu Kevin Medina və Azərbaycan millisinin keçmiş üzvü Eddi İsrafilovun formasını geyindiyi "Cohor Darul Tazim" yoxlama oyununda qüvvəsini sınayıb.
Prosport.Az xəbər verir ki, Malayziya təmsilçisi "Çelsi" ilə üz-üzə gəlib.
Cohor şəhərindəki "Sultan İbrahim" stadionunda oynanılan qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
Kevin Medina bu matçda 90 dəqiqə meydanda olub. Eddi İsrafilov isə 82-ci dəqiqədə əvəzlənib.
