“Kəpəz” “Zirə”dən ayrılan Namik Ələskərovu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “sarı-göylər”in formasını geyinəcək.
Namik Ələskərov son mövsümü “Zirə”də keçirib. O, daha əvvəl 2015/2016 mövsümünün ikinci yarısında “Kəpəz”də çıxış edib və 15 oyunda 3 qol vurub.
Qeyd edək ki, Ələskərov Azərbaycan millisinin də formasını geyinib.
