Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "1 top fərqi aradan qaldırılması mümkünsüz olan üstünlük deyil" - Valdas Dambrauskas
    10.08.2026 18:07:56

    “İnanıram ki, bu bir top fərqini aradan qaldıran tərəf biz olacağıq”.

    Prosport.Az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Orxus”la keçiriləcək cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

    Litvalı mütəxəssis komandasının doğma meydan amilindən maksimum yararlanmağa çalışacağını bildirib: “Danimarkada qeydə alınan nəticə sabahkı oyun üçün hər iki komandada böyük həyəcan yaradacaq. Bir top fərqi aradan qaldırılması mümkünsüz olan üstünlük deyil. Hər iki komanda görüşə böyük ciddiyyətlə yanaşacaq. Biz ev komandasıyıq, doğma stadionumuzda çıxış edəcəyik və azarkeşlərimizin dəstəyini hiss edəcəyik. İnanıram ki, bu bir top fərqini aradan qaldıran tərəf biz olacağıq. Bütün futbolçular sağlamdır və oyuna hazırdırlar. Oyunçular, məşqçilər heyəti və rəhbərlik əlindən gələni edəcək ki, mərhələni adlayan tərəf biz olaq”.

    Dambrauskas ilk qarşılaşmada komandasının çıxışından razı qaldığını, lakin nəticənin daha yaxşı ola biləcəyini vurğulayıb: “Avropada bu mərhələlərdə böyük təcrübəmiz yoxdur. Ola bilər ki, bəzi futbolçularımız belə, yaxşı çıxış edə biləcəyimizə şübhə edirdilər. Amma Danimarkada, rəqibin yaratdığı möhtəşəm atmosferdə çox yaxşı futbol sərgilədik. Buna baxmayaraq, evə qayıdarkən hər kəs nəticədən narazı idi. Çünki nəticə bizim üçün daha yaxşı ola bilərdi”.

    Baş məşqçi “Orxus”un yalnız 1 futbolçudan ibarət olmadığını qeyd edib: “Rəqibimizin çox yaxşı futbolçuları var və komanda şəklində keyfiyyətlidirlər. Çoxlu qol imkanları yaratmasalar belə, əldə etdikləri fürsətlərdən yaxşı istifadə edirlər. Son oyunlarda qol gözləntisi göstəriciləri yüksək olmayıb, amma yaratdıqları imkanlardan yararlanmağı bacarıblar. Bizim də çox keyfiyyətli komandamız var”.

    Dambrauskas cavab görüşünün taleyini xırda detalların həll edə biləcəyini düşünür: “Danimarkadakı oyunda müəyyən səhvlərimiz oldu və onları düzəltməliyik. Rəqib də ilk matçı təhlil edib öz səhvləri üzərində işləyəcək. Kim xırda detalları daha yaxşı təhlil edib meydanda düzgün icra edəcəksə, qalib gələn tərəf də o olacaq. Daha yaxşı köklənsək və konsentrasiyamızı yüksək səviyyədə saxlasaq, qalib gələ bilərik”.

    Mütəxəssis Bakıdakı hava şəraitinin “Sabah” üçün ciddi üstünlük yaradacağını düşünmədiyini də bildirib: “İqlim və hava şəraiti barədə çox danışılır. Məncə, bu amil bir qədər şişirdilir. Rəqib peşəkar komandadır və bunun həlledici faktor olduğunu düşünmürəm. Mənim üçün hava ilə bağlı ən ciddi amil güclü külək ola bilər. Amma stadionumuz qapalıdır və havanın bizə xüsusi üstünlük verəcəyini hesab etmirəm”.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved