Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov vəfat edib.
Prosport.Az xəbər verir ki, keçmiş sol cinah müdafiəçisi 34 yaşında dünyasını dəyişib.
O sonuncu dəfə "Səbail"də çıxış edib və ötən il qəflətən səhhəti ilə əlaqədar olaraq klubdan ayrılaraq karyerasını bitirdiyini açıqlayıb. Onun ölümünə səbəb bir müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi olub. Şəhriyar Rəhimov müalicə aldığı Türkiyənin paytaxtı Ankaradakı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Şəhriyar Rəhimov "Səbail"dən başqa, keçmiş "İnter", "Karvan", "Olimpik-Şüvəlan", "Rəvan", "Kəpəz" və "Zirə" klublarında çıxış edib. O, 2018-ci ildən çağırıldığı millimizdə 9 oyun keçirib. Ş.Rəhimov "İnter"lə 2008 və 2010-cu ildə ölkə çempionu, 2011-ci ildə isə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş "Birlik Kuboku"nun qalibi olub.
Allah rəhmət eləsin!

