İngiltərənin “Şefild Yunayted” klubunun futbolçusu Ehice Ukaki karyerasını Azərbaycanda davam etdirə bilər.
Prosport.Az Nigeriya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında çıxış edən bir klubun maraq dairəsindədir.
Ötən yay Bolqarıstanın “Botev” klubundan transfer olunan Ukakinin hazırda Belçika, Niderland, Türkiyə və Azərbaycandan təklifi var. Futbolçu əsas heyətə düşə bilmədiyindən, Çempionşip təmsilçisi də onu oyun praktikası qazanması üçün 1 illik icarəyə verməyi düşünür.
Qeyd edək ki, Ehice Ukakinin “Şefild Yunayted”lə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
