Azərbaycan millisinin üzvü Toral Bayramov “Bursaspor”da rəsmi debüt edib.
Prosport.Az xəbər verir ki, o, Türkiyə I Liqasının ilk turunda “Bodrumspor”la səfər matçında meydana çıxıb.
Yarımmüdafiəçi 2-ci hissədə oyuna daxil olub. Matç “Bursaspor”un 2:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Keleçi İhenaço və Linkoln Enrike fasiləyədək vurublar.
Qeyd edək ki, Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.
