Ukrayna Premyer Liqasında II turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, UEFA Konfrans Liqasında “Qarabağ”ın rəqibi olan Kiyev “Dinamo”su səfərdə “Veres”in qonağı olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, “Qarabağ” ilk görüşdə “Dinamo”ya 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.
