Lionel Messinin uşaqlıqdan çıxış etdiyi Argentina klubu “Nyuells Old Boyz” futbolçunun vəfat edən atası Xorxe Messinin xatirəsini yad edib.
Prosport.Az xəbər verir ki, Xorxe Messi uzun sürən xəstəlikdən sonra 68 yaşında Rosario şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib.
“Nyuells Old Boyz” daha əvvəl Messi ailəsinə başsağlığı verib. Klub bu dəfə isə Xorxe Messinin xatirəsinə ehtiram olaraq bayrağını yarıya qədər endirib.
Qeyd edək ki, Xorxe Messi “Nyuells Old Boyz”un azarkeşi olub. O, Lionel Messinin futbolçu kimi formalaşmasında və karyerasının ilk illərində mühüm rol oynayıb.
