İtaliyanın “Roma” klubu yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
30 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmada sözləşmənin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.
Pelleqrininin yeni müqavilə üzrə illik maaşı 2,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Lorenzo Pelleqrini “Roma”nın yetirməsidir. O, 2015/16 və 2016/17 mövsümlərində “Sassuolo”nun formasını geyinib. Futbolçu karyerasının digər hissəsini isə paytaxt klubunda keçirib.
Pelleqrini “Roma” ilə 2021/22 mövsümündə Konfrans Liqasının qalibi olub. Komanda növbəti mövsüm Avropa Liqasının finalına qədər yüksəlib.
