İngiltərənin “Arsenal” klubu “Nyukasl”ın yarımmüdafiəçisi Brunu Qimaraynşi transfer edib.
Prosport.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin 28 yaşlı üzvü “topçular”la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə müddətin uzadılmasını nəzərdə tutan bənd də yer alıb.
Qimaraynşi yeni komandasında 39 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, transfer “Arsenal”a 87 milyon avroya başa gəlib.
