“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, muxtar respublika təmsilçisi "Neftçi"nin hücumçusu Ağadadaş Salyanskini heyətinə qatıb.
Gənc futbolçu icarəyə götürülüb. 22 yaşlı oyunçu yeni mövsümü "Araz-Naxçıvan"da keçirəcək.
