“Sumqayıt” Qəbələ toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, komanda Qəbələ şəhər stadionunda Qətərin “Əl-Xaraitiyat” klubu ilə qarşılaşıb.
Əvvəlcədən əldə olunan razılaşmaya əsasən, ilk hissəsi 40, ikinci hissəsi isə 35 dəqiqə davam edən görüşdə qapılara qol vurulmayıb – 0:0.
Qeyd edək ki, “Sumqayıt” Qəbələ toplanışı çərçivəsində daha əvvəl “Qəbələ” (1:1) və “Kəpəz” (0:0) ilə heç-heçə edib, “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib, “İmişli”yə isə 1:4 hesabı ilə uduzub.
