Rusiya ordusunun Odessaya endirdiyi raket zərbəsi zamanı şəhərin əsas futbol arenası olan “Çernomorets” stadionu da zədələnib.
Prosport.Az xəbər verir ki, xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində stadionun dam örtüyünün bir hissəsi dağılıb, tribunlara ziyan dəyib, pəncərələr sınıb. Hadisə zamanı azı bir nəfərin xəsarət aldığı bildirilib.
Qeyd olunur ki, zərbə avqustun 8-də keçirilməsi planlaşdırılan Ukrayna Premyer Liqasının II turunun “Çernomorets” – “Kolos” matçından bir gün əvvəl baş verib.
