Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məsuliyyət tamamilə mənim üzərimdədir" - Yuri Vernidub
    7.08.2026 18:43:43

    “Neftçi”nin baş məşqçisi Yuri Vernidub klub televiziyasına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə komandanın yay hazırlığı barədə danışıb.

    O bildirib ki, “Neftçi” iyunun 20-də Bakıda bir araya gəlib və 8 günlük hazırlıq mərhələsi keçib. Daha sonra komanda iki həftəlik təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb.

    Vernidubun fikrincə, Sloveniyada keçirilən hazırlıq prosesi də uğurlu alınıb. “Ağ-qaralar” burada “ÇFR Kluj”, “Partizan”, “Radniçki” və “Osiyek”lə yoxlama oyunları keçiriblər.

    Baş məşqçi komandanın fiziki yüklənməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. O, futbolçuların həddindən artıq yüklənməsi və bundan narazı qalması barədə xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

    “Bizim daxilimizdə belə söhbətlər, ümumiyyətlə, olmayıb. Bu cür məlumatların haradan qaynaqlandığını bilmirəm. Bizdə hər şey normal idi. Hər gün, hər məşqdə futbolçuların gördüyü iş həcmini, fiziki və güc yüklənməsini diqqətlə izləyirik. Müasir GPS sistemimiz var və həmin sistem hər bir futbolçunun nə qədər çalışdığını, məsafə qət etdiyini və məşq zamanı necə işlədiyini dəqiq göstərir”, – deyə Vernidub vurğulayıb.

    O, Sloveniyada keçirilən yoxlama görüşlərində futbolçuların əsasən bir hissə oynadığını və bundan sonra əlavə fiziki yüklənmə aldığını qeyd edib. Mütəxəssis hesab edir ki, bu, futbolçuların fiziki hazırlığına mənfi təsir göstərməyib.

    Vernidub daha sonra UEFA Konfrans Liqasında Belarusun “Dinamo-Minsk” komandası ilə keçirilən oyunlara toxunub. “Neftçi”nin mərhələni keçə bilməməsinə görə məsuliyyəti üzərinə götürən baş məşqçi əsas problemin fiziki deyil, psixoloji hazırlıq olduğunu bildirib: “Dinamo-Minsk”ə uduzub mərhələni keçə bilməməyimizə gəlincə, dərhal demək istəyirəm ki, məsuliyyət tamamilə mənim üzərimdədir. Bunu deməkdən çəkinmirəm. Məncə, bu məğlubiyyət daha çox psixoloji hazırlıq və mentalitetə görədir. Bizdə çatışmayan əsas amil də məhz bu oldu”, – Vernidub deyib.

    O, Bakıda keçirilən ilk matçda 8-ci dəqiqədə 2:0 hesabı ilə öndə olduqları halda 2:4 hesabı ilə məğlub olmalarını da şərh edib. Baş məşqçi buraxılan qolları “uşaq səhvləri” adlandırıb.

    Vernidubun fikrincə, cavab oyununda komanda tamam fərqli təsir bağışlayıb. O, futbolçuların həm fiziki, həm də psixoloji baxımdan daha yaxşı hazırlaşdıqlarını vurğulayıb.

    “İlk oyunda problem fiziki yox, psixoloji hazırlıqda idi. Çox təəssüf ki, cavab görüşündə bizə cəmi bir qol çatmadı ki, oyunu əlavə vaxta daşıyaq. Futbolda belə hallar olur. Bu, hamımız üçün dərs oldu. Biz öz səhvlərimizdən nəticə çıxaracağıq”, – deyə baş məşqçi bildirib.

    Vernidub komandanın Azərbaycan çempionatına hazırlığa başladığını və avqustun 16-da start götürəcək mövsümə qədər qarşıda iki həftəlik vaxtın olduğunu söyləyib. O, “Neftçi”də futbolçularla hər hansı münaqişəsinin olmadığını da qeyd edib.

    Baş məşqçi yeni transferlər barədə danışarkən komandanın 5 transfer həyata keçirdiyini, lakin bunlardan birinin Varqasın geri qayıtması olduğunu bildirib. Vernidub Abbasov, Qravilyon, Qustavo Klisman və Tupta barədə də fikirlərini bölüşüb.

    O, xüsusilə Abbasovun potensialına diqqət çəkib və 21 yaşlı futbolçunun “Neftçi”nin əsas heyət üzvlərindən birinə çevriləcəyinə inandığını deyib.

    Qravilyonun universal futbolçu olduğunu bildirən Vernidub onun həm mərkəz müdafiəsində, həm sağ cinahda, həm də yarımmüdafiədə oynaya bildiyini söyləyib. Qustavo Klismanı isə texniki baxımdan yüksək səviyyəli və meydanda düzgün qərarlar qəbul edən futbolçu kimi xarakterizə edib.

    Tuptanın hələ qol vurmamasına görə yaranan narazılıqlara da münasibət bildirən baş məşqçi hücumçunun meydanda gördüyü işlərin hər zaman nəzərə alınmadığını söyləyib.

    “Hamı qol gözləyir. Bu tamamilə normaldır, amma həmin qollar da vurulacaq. Unutmayaq ki, bu futbolçular başqa ölkələrdən gəliblər. Cəmi bir aydır Azərbaycandadırlar. Onlar üçün hər şey – həyat tərzi, yeməklər, mühit, məşq prosesi yenidir. Bütün bunlara uyğunlaşmaq üçün vaxt lazımdır”, – deyə Vernidub bildirib.

    Ukraynalı mütəxəssis “Neftçi” azarkeşlərindən də səbir istəyib. O, futbolçuları bir-iki oyuna əsasən qiymətləndirməyin düzgün olmadığını düşünür.

    “Neftçi” Azərbaycan futbolunun tarixi klubudur. İndiyədək başqa heç bir klubun üzərində “Neftçi”yə göstərilən qədər təzyiq görməmişəm. Biz buna hazır olmalıyıq. Bilməliyik ki, çətin olacaq. Amma biz daha güclü olmalı və bu təzyiqə oyunumuz, işimizə münasibətimiz, məşq prosesimiz və rəsmi oyunlardakı çıxışımızla cavab verməliyik”, – baş məşqçi vurğulayıb.

    Vernidub heyətin daha da gücləndiriləcəyini də istisna etməyib. O bildirib ki, klub transfer xətrinə transfer etmək niyyətində deyil və əsas məqsəd komandaya real fayda verə biləcək futbolçuları cəlb etməkdir.

    “Komandanın hələ də əlavə güclənməyə ehtiyacı var. Bunu siz də görürsünüz, mən də. Amma hər şey kənardan göründüyü qədər sadə deyil. Maliyyə məsələləri, qiymət siyasəti var. Hər gün yeni namizədləri izləyir və təhlil edirik”, – deyə Vernidub bildirib.

    Baş məşqçi “Neftçi” akademiyasının fəaliyyəti barədə də danışıb. O, akademiyada olan futbolçuların əsas komandanın məşqlərinə cəlb edildiyini və burada yaxşı məktəbin formalaşdığını qeyd edib.

    Vernidub şəxsi həyatından danışarkən 13 yaşlı nəvəsi İvanın da futbolçu olduğunu açıqlayıb. Onun sözlərinə görə, İvan əvvəlcə Zaporojyedə, daha sonra isə Kiyevdə “Dinamo” akademiyasında məşq edib.

    Baş məşqçi nəvəsini “Neftçi” akademiyasına gətirmək istəməməsinin səbəbini də izah edib. O bildirib ki, öz nüfuzuna görə nəvəsinə xüsusi münasibət göstərilməsini istəmir.

    “İstəmirəm ki, övladlarıma və nəvələrimə sırf mənim müəyyən nüfuzum olduğuna görə başqalarından daha yaxşı münasibət göstərilsin. Əsas olan odur ki, hamı ilə eyni şəraitdə olsun”, – Vernidub deyib.

    O, İvanın avqustun 20-dən sonra Avropadakı akademiyalardan birində baxışa yollanacağını bildirib.

    “Neftçi”nin akademiyasının tarixən yüksək səviyyədə olduğunu vurğulayan Vernidub Azərbaycan futbolunun inkişafı üçün klubların aşağı yaş qruplarına da diqqət ayırmasının vacibliyini qeyd edib.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved