"Səbail" futbol klubunun Qubanı təmsil edəcəyi dəqiqləşib.
Prosport.Az xəbər verir ki, bunu Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.
O, "Səbail"in bölgədə rəğbət qazanacağına əminliyini ifadə edib: "Bu komanda sadəcə Quba adı ilə fəaliyyət göstərməyi deyil, həm də bölgədə sevilməyi düşünür. Necə ki, "Kəpəz" Gəncədə, "Turan Tovuz" isə Tovuzda rəğbət qazanıb, "Səbail"in də bölgə futboluna töhfə verəcəyinə əminik".
