Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"a daha bir neçə qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
    7.08.2026 10:50:29

    Ukraynanın "Dinamo" klubunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib.

    Prosport.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

    – Sizcə, “Dinamo" bu gün nəyin hesabına qalib gəldi?

    – Xarakterin və meydançada əsl komandanın olmasının hesabına. Məhz bunlar bizə nəticə qazandırdı.

    – Komandanız təşkilatlanmış şəkildə oynadı. Oyundan əvvəlki mətbuat konfransında müəyyən nəticələr çıxardığınızı demişdiniz. Bu, daha çox psixoloji amil idi, yoxsa taktiki dəyişiklik? Yoxsa hər 2-si birlikdə işlədi?

    – Valeri Lobanovski deyirdi ki, komanda təxminən 2 ilə qurulur. Mən bunu özüm haqqında demirəm, hamıya məlum olan prinsipdən danışıram. İcarə əsasında çıxış edən bir çox futbolçumuz geri qayıdıb. Biz yeni əlaqələr, yeni kombinasiyalar axtarır, müxtəlif oyun variantlarını məşq edirik.

    Gördüyünüz kimi, kiçik rotasiya etdik və matça hazırladığımız plan işlədi. Əvəzetmələrlə oyunu gücləndirmək və keyfiyyətini artırmaq istəyirdik. Epizodlar yaratdıq, topu qazandıqdan sonra pressinqdən yaxşı çıxdıq, topu itirdikdən sonra uğurla yenidən qurulduq və əks-pressinq tətbiq etdik. Daha bir neçə qol vura bilərdik, amma təəssüf ki, imkanlarımızdan yararlana bilmədik.

    – 3 gün sonra Ukrayna çempionatının ilk turunda Rovnoda “Veres”lə qarşılaşacaqsınız. Bu oyun Bakıda “Qarabağ”la cavab matçına daha yaxşı hazırlaşmağınıza kömək edəcək, yoxsa görüşün təxirə salınması daha yaxşı olardı?

    – Kifayət qədər geniş heyətimiz var. Bu matç komandaya özünəinam və nəticəyə necə nail olmaq lazım olduğunu daha yaxşı anlamaq baxımından kömək edəcək. Futbolçularımız çox ağır oyun keçirdilər. Amma eyni zamanda onlar oyuna münasibətin necə olmalı olduğunu və qələbəyə hansı yolla nail olmaq lazım gəldiyini dərk etməlidirlər. Bu, müsbət məqamdır. Düşünürəm ki, bundan sonra da inkişaf edəcəyik və qələbələr qazanacağıq.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved