Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsində Albaniyada “Eqnatiya” və İrlandiyanın “Şemrok Rovers” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 13-də Rroqojine şəhərində yerləşən “Eqnatiya” stadionunda baş tutacaq.
Qeyd edək ki, "Eqnatiya"da Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev də çıxış edir. Bu komanda ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzub.
