"Şəfa" düşərgəsinə yeni legioner cəlb edib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 21 ildən sonra Premyer Liqaya qayıdan paytaxt təmsilçisi Omar Diavı sınaqdan keçirməkdədir.
Adıçəkilən əcnəbi Fransa vətəndaşıdır və 25 yaşı var. Bu ölkənin məşhur klublarından "Marsel"in yetirməsidir və mərkəz müdafiəçisi mövqeyində çıxış edir. O, son olaraq Belçikanın IV Liqasında forma geyinib.
"Ağ-göylər" bu yay 12 futbolçu ilə müqavilə imzalayıb.
Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko ("Vintentur", İsveçrə) və Kristofer Mamengi (“Priştina”, Kosovo) kollektivə qoşulub.
