2014/2015 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olmuş Nurlan Novruzov "Ağstafa Gəncləri" komandasından ayrılıb.
Prosport.Az xəbər verir ki, II Liqa təmsilçisi 33 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Futbolçu bölgə klubu ilə ötən ayın 27-də 1 illik sözləşmə imzalamışdı.
Qeyd edək ki, Nurlan Novruzov "Bakı", "Sumqayıt", "Zirə", "Səbail", "Xankəndi", "Şəki Siti", "Mingəçevir", "Dersimspor", Dinamo Avto", "Narva Trans", "Lalitpur Siti", "Maçindra" klublarında oynayıb.
