Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Demçenkodan "Dinamo"nun baş məşqçisinə məsləhət: "Qarabağ"ın "Nyukasl"la oyununa baxsın"
    6.08.2026 15:19:38

    “PAOK-la oyunlardan əvvəl “Dinamo”nu kifayət qədər yaxşı komanda sayırdım. Amma həmin matçlardan sonra fikrim dəyişdi. “Qarabağ”ın gücünü bilirəm və hesab edirəm ki, iki oyunun yekununda qalib gəlmək şansı daha çox olan tərəf məhz onlardır. Üstəlik, komanda gözlənilmədən Avropa Liqasında Bolqarıstan SSKA-sına uduzaraq mübarizəni dayandırdı. Buna görə də daha əsəbi və motivasiyalı olacaq”.

    Prosport.Az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın ukraynalı sabiq baş məşqçisi Andrey Demçenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Kiyev) – “Qarabağ” oyunları barədə fikirlərini bölüşərkən deyib.

    Ukraynanın ua-football.com saytına danışan 49 yaşlı mütəxəssis “Dinamo”nun baş məşqçisinə məsləhət verib: “Dinamo”nun baş məşqçisinə tövsiyə edərdim ki, ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”ın “Nyukasl”la keçirdiyi oyuna baxsın. Çox nümunəvi matçdır. Orada komandanın bütün zəif cəhətlərini görmək olar”.

    O, “Qarabağ”ın üstünlüklərindən də danışıb: “Komandanın fərdi keyfiyyətləri yüksək olan çoxlu futbolçusu var. Üstəlik, komanda oyunu da əla qurulub. Qurban Qurbanovun futbolçuları həm topla, həm də topsuz nə etməli olduqlarını yaxşı bilirlər. Hücum xəttində fərdi bacarığı hesabına oyunun taleyini həll edə bilən texnikalı futbolçular çıxış edir. Əksər matçlarda bir nömrə ilə oynamağa və yüksək pressinq tətbiq etməyə çalışırlar. Dinamik və xarakterli komandadırlar. Ötən mövsüm “Sabah”a 0:3 hesabı ilə uduzduqları oyunu 3:3-ə çevirə bildilər. Əgər “Qarabağ” rəqibin zəif yerini tapsa, onu çətin anlar gözləyəcək”.

    Demçenko bildirib ki, “Qarabağ” özü kimi yüksək pressinq tətbiq edən rəqiblərə qarşı oynamağı sevmir: “Qurban Qurbanov Kostyukdan ("Dinamo"nun baş məşqçisi İqor Kostyuk nəzərdə tutulur - red.) qat-qat təcrübəlidir. O, uzun illərdir klubdadır və mövqeyi çox möhkəmdir. Halbuki Kostyukun istefaya göndərilə biləcəyi barədə yayılan söz-söhbətlər “Dinamo”nun xeyrinə deyil. Bununla belə, belə söhbətlər onu səfərbər etməlidir. Bu oyun Kostyuk üçün peşəkarlığını və təzyiq altında işləmək bacarığını göstərmək baxımından ciddi sınaq olacaq”.

    Xatırladaq ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk matç bu gün Polşada Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved