Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Dünya çempionu Qəbələni bəyəndi - VİDEO
    6.08.2026 12:10:12

    Qətərin “Əl-Xaraitiyat” klubunun yeni transferi Presnel Kimpembe Qəbələdəki hazırlıq prosesi barədə danışıb. 

    Prosport.Az xəbər verir ki, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olmuş məşhur mərkəz müdafiəçisi "Qəbələ"nin mətbuat xidmətinə açıqlamasında gördüklərindən razılığını bildirib.

    "Hazırlıq yaxşı gedir, Komanda təlim-məşq toplanışındadır. Məşq meydançaları çox yaxşıdır", - deyən 31 yaşlı oyunçu Azərbaycana ilk dəfə etdiyi səfər təəssüratlarını bölüşüb: "Əvvəllər burada heç olmamışdım. İlk səfərimdir. Bura gələnə qədər Qəbələ haqqında məlumatım yox idi".

    Fransa PSJ-sinin heyətində Çempionlar Liqasını qazanmış və bir dəfə final oynamış təcrübəli müdafiəçi yaradılan şəraitin onları qane etdiyini bildirib: "Burada hər yer bir-birinə yaxındır. Oteldən məşqə gəlməyə sadəcə 1 dəqiqə vaxtımız gedir. Bundan həzz ala və rahat məşq edə bilirik. Meydançaların vəziyyəti də əladır. İnanıram ki, komandamla birlikdə yaxşı işlər görə bilərəm".

    Fransa millisinin heyətində 28 oyun keçirmiş futbolçu tezliklə formasını bərpa edəcəyinə inanır: "Əvvəlki formama qayıdacağıma inanıram. Əks halda, dayanardım. Komandamıza və heyətimizə güvənirəm. Hər kəs mənə yardım etməyə çalışır. Bunun qarşılığını verməyə çalışıram".

    Qeyd edək ki, son illərdə Azərbaycanın, eləcə də bəzi xari ölkələrin klubları hazırlıq üçün Qəbələni seçirlər. Bu yay “Qəbələ" ilə yanaşı, “Şamaxı”, “İmişli”, “Sumqayıt” və Qətərin “Əl Xaraityat” klubları təlim-məşq toplanışını burada keçiblər.

    Futbol

    "Sabah" ÇL-nin əsas mərhələsinə vəsiqə qazandı

    25.08.2026 23:21:05
    Futbol

    UEFA və FIFA arasında gərginlik davam edir

    25.08.2026 22:03:53
    Futbol

    Ağır zədə aldı, 28 yaşında karyerasını bitirdi

    25.08.2026 21:31:12
    Futbol

    "Sabah" – "Hapoel": HEYƏTLƏR

    25.08.2026 19:43:55
    Futbol

    Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

    25.08.2026 18:46:09
    Futbol

    "Tvente" Bakıya 3 itki ilə gəlir

    25.08.2026 17:53:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" ÇL-nin əsas mərhələsinə vəsiqə qazandı

    25.08.2026 23:21:05

    UEFA və FIFA arasında gərginlik davam edir

    25.08.2026 22:03:53

    Ağır zədə aldı, 28 yaşında karyerasını bitirdi

    25.08.2026 21:31:12

    Niderland millisi Bakıda üçüncü qələbəsini qazandı

    25.08.2026 20:38:16

    "Sabah" – "Hapoel": HEYƏTLƏR

    25.08.2026 19:43:55

    Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

    25.08.2026 18:46:09

    Millimiz Avropa birinciliyini 15 medalla tamamladı

    25.08.2026 18:14:55

    "Tvente" Bakıya 3 itki ilə gəlir

    25.08.2026 17:53:23

    Avropa çempionatı: Belçika Rumıniyanı məğlub edib, liderliyə yüksəldi

    25.08.2026 17:34:39

    Güləş yığmalarımızın Bakıdakı yarışlar üçün heyəti bilindi - ADLAR

    25.08.2026 17:10:58

    Avropa çempionatı: Biri 5-ci, digəri 6-cı oldu

    25.08.2026 16:41:16

    "Sabah"dan darmadağın, "Neftçi"dən qələbə

    25.08.2026 16:18:35

    Millimizin sabiq baş məşqçisi istefaya göndərildi

    25.08.2026 15:57:37

    "Qarabağ"da Elvin Cəfərquliyev şoku - Əməliyyat olunacaq

    25.08.2026 15:02:04

    "Xankəndi" kamerunlu hücumçu transfer etdi

    25.08.2026 14:43:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved