Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Buradan layiq olduğumuz bərabərliklə də ayrıla bilərdik" – Valdas Dambrauskas
    6.08.2026 00:38:22

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada keçirilən “Orxus” – “Sabah” oyunundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, litvalı mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib.

    – Çox çətin bir oyun oldu. Belə atmosferdə və gözəl azarkeşlər önündə oynamaq asan deyildi. Hesabda 0:2 geriyə düşsək də, sonradan fərqi azaltdıq və mübarizəni dayandırmadıq. Buradan nəinki 1:2, hətta layiq olduğumuz bərabərliklə də ayrıla bilərdik. Rəqib, demək olar ki, qapımıza iki zərbə endirdi və hər ikisi möhtəşəm qolla nəticələndi. Buna baxmayaraq, futbolçularımın nümayiş etdirdiyi oyundan razı qaldım. Ləğv edilən epizodun təkrarına hələ baxmamışam, burada VAR qərarına güvənmək lazımdır. Çempionlar Liqasında bir top fərqi cüzi göstəricidir və evdə mərhələni adlamaq üçün şanslarımız kifayət qədər yüksəkdir. İndi əsas məqsəd yaxşı bərpa olunub, Bakıda inamlı şəkildə öz potensialımızı nümayiş etdirməkdir.

    – Cavab oyununda hansısa taktiki dəyişiklik planlaşdırırsınız? Komandanın 1-ci hissədə topa daha az nəzarət etməsi, 2-ci yarıda isə hücumda kəsərli olması əvvəlcədən düşünülmüş planın tərkib hissəsi idi?
    – İlk hissədə də topa sahib olan tərəf biz idik, sadəcə rəqib böyük enerji ilə təzyiq edirdi. Fasilədə müəyyən düzəlişlər etdik. İkinci buraxdığımız qolda bəlkə də, müdafiə xətası var idi, lakin unutmamalıyıq ki, səfərdə Danimarka çempionuna qarşı mübarizə aparırıq. Meydanda daha cəsur olmağa və topa nəzarət etməyə çalışdıq. Nəzərə almaq lazımdır ki, heyətimizdə beynəlxalq turnirlər baxımından böyük təcrübəsi olmayan, bu səviyyəli matçlara ilk dəfə çıxan futbolçular var. Belə qarşılaşmalardan düzgün dərs çıxarıb inkişafımıza diqqət ayırmalıyıq.

    – Buradakı azarkeş dəstəyi möhtəşəm idi. Bakıdakı oyundan əvvəl öz azarkeşlərinizə mesajınız nədir?
    – Əziz “Sabah” azarkeşləri, hər birinizi cavab matçında stadionu doldurmağa çağırıram. İnanıram ki, evdə buradakından da üstün bir atmosfer yarada bilərik. Gəlin, tribunalarda yerinizi alın, bizi dəstəkləyin və komandaya inanın. Sizi əmin edirəm ki, meydanda lazım olan qolu vuracağıq, lakin mərhələni adlamaq üçün vacib olan digər qolu məhz sizin möhtəşəm dəstəyinizlə gerçəkləşdirəcəyik. Birlikdə istədiyimiz nəticəni əldə edə bilərik.

    Futbol

    "Qarabağ"dan ayrılıb, Medinanın yanına gedir

    26.08.2026 23:48:32
    Futbol

    Azərbaycanda 2 məşqçi futboldan kənarlaşdırıldı

    26.08.2026 22:53:41
    Futbol

    "Tvente" daha bir futbolçusunu Bakıya gətirmədi

    26.08.2026 22:23:31
    Futbol

    "Qarabağ"la ilk oyundakı səhvlərimizdən nəticə çıxarmışıq" - Rud Neysdat

    26.08.2026 18:10:51
    Futbol

    "Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq" - "Tvente"nin baş məşqçisi

    26.08.2026 17:38:50
    Futbol

    "Qarabağ" Zubiri nigeriyalı vingerlə əvəzləyir

    26.08.2026 17:10:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"dan ayrılıb, Medinanın yanına gedir

    26.08.2026 23:48:32

    Azərbaycan, Belçika və İspaniya memorandum imzaladı

    26.08.2026 23:12:41

    Azərbaycanda 2 məşqçi futboldan kənarlaşdırıldı

    26.08.2026 22:53:41

    "Tvente" daha bir futbolçusunu Bakıya gətirmədi

    26.08.2026 22:23:31

    "Sabah" "Yuventus"a uduzdu

    26.08.2026 21:48:08

    Avropa çempionatı: Millimiz ilk məğlubiyyətini aldı – YENİLƏNİB

    26.08.2026 21:09:41

    Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı

    26.08.2026 20:37:12

    Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı

    26.08.2026 18:47:33

    "Qarabağ"la ilk oyundakı səhvlərimizdən nəticə çıxarmışıq" - Rud Neysdat

    26.08.2026 18:10:51

    "Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq" - "Tvente"nin baş məşqçisi

    26.08.2026 17:38:50

    "Qarabağ" Zubiri nigeriyalı vingerlə əvəzləyir

    26.08.2026 17:10:00

    "Sabah"dan 4, "Sumqayıt"dan 7 qollu qələbə

    26.08.2026 16:42:42

    Özbəklər də "Sabah"ı təbrik etdi - FOTO

    26.08.2026 16:20:41

    Millimizin Antverpendəki oyunlarının təqvimi bilindi

    26.08.2026 15:45:39

    AFFA "Neftçi"ni 2 min, "İmişli"ni 700 manat cərimələdi

    26.08.2026 15:14:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved