“Mingəçevir”in baş məşqçisi açıqlanıb.
Prosport.Az xəbər verir ki, komandanın “sükan"ı Elman Sultanova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə bir illik müqavilə imzalanıb.
Sultanovun son ünvanı “Baku Sportinq” olub.
“Mingəçevir” yeni mövsümdə I Liqada mübarizə aparacaq.
