Yeni mövsüm üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son klubu Braziliyanın “Ferroviario” kollektivi olan yarımmüdafiəçi Lukas Blek ilə 2 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu “55” nömrəli formada çıxış edəcək.
