"Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada "Orxus"la qarşılaşacaq.
Prosport.Az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:30-da Randers stadionunda start götürəcək.
Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
