Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İnanıram ki, futbolçularım ən xırda tapşırığı belə düzgün icra edəcəklər" - Valdas Dambrauskas
    4.08.2026 21:46:09

    "Danimarkada olduğumuza görə çox şadıq. Hər məşqçinin arzusudur ki, ən azı Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxa bilsin".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Danimarkada "Orxus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

    Litvalı mütəxəssis güclü rəqibə qarşı çıxış edəcəklərini bildirib: "Sabahkı qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Rəqibimizi çox yaxşı təhlil etmişik. "Orxus" çox keyfiyyətli futbolçulardan təşkil olunub. Rəqibin zəif və güclü tərəflərini bilirik. Çalışacağıq ki, biz öz gücümüzdən istifadə edək və səfərdə qələbə qazanaq. İnanıram ki, futbolçularım ən xırda tapşırığı belə düzgün icra edəcəklər".

    O, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsindəki potensial rəqibləri barədə də danışıb: "Çempionlar Liqasındakı potensial rəqiblərimizi də artıq bilirik. Lakin onlar barədə indidən danışmağın mənası yoxdur. Hazırda bütün fikrimizi "Orxus"la matça yönəltmişik. Rəqibimizə hörmətlə yanaşırıq. Onlar son Danimarka çempionudurlar".

    Dambrauskas "Sabah"dan ayrılaraq İsveçrənin "Bazel" klubuna transfer olunan Aaron Maludaya təşəkkür edib: "Bu futbolçu çox gənc yaşlarında bizim sıralarımıza qoşuldu və komandaya böyük köməyi dəydi. Təbii ki, bu kömək qarşılıqlı idi. Çünki Maluda "Sabah" komandasının sayəsində "parladı". Komandamız onun satışından gəlir əldə etdi. Son olaraq Kristian Nvaçukvunu transfer etdik. Bu da onu göstərir ki, "Sabah"ın skaut heyəti çox sürətli və lazımı formada işləyir".

    Qeyd edək ki, "Orxus" - "Sabah" matçı sabah Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

    Futbol

    "Yeni transferlərdən tam razıyam" - Tahir Gözəl

    13.08.2026 23:46:51
    Futbol

    Mahir Emreli oynadı, "Rakuv" mərhələ adladı

    13.08.2026 23:37:18
    Futbol

    Murad Məmmədov "Pafos"da ilk qolunu Avstriya nəhənginə vurdu

    13.08.2026 23:19:56
    Futbol

    "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi dəqiqləşdi

    13.08.2026 23:10:52
    Futbol

    "Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik" – Qurban Qurbanov

    13.08.2026 22:55:59
    Futbol

    "Ola bilsin, bəxtimiz gətirmədi" – İqor Kostyuk

    13.08.2026 22:33:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Yeni transferlərdən tam razıyam" - Tahir Gözəl

    13.08.2026 23:46:51

    Mahir Emreli oynadı, "Rakuv" mərhələ adladı

    13.08.2026 23:37:18

    Murad Məmmədov "Pafos"da ilk qolunu Avstriya nəhənginə vurdu

    13.08.2026 23:19:56

    "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi dəqiqləşdi

    13.08.2026 23:10:52

    "Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik" – Qurban Qurbanov

    13.08.2026 22:55:59

    "Ola bilsin, bəxtimiz gətirmədi" – İqor Kostyuk

    13.08.2026 22:33:54

    "Qarabağ" "Dinamo"nu məğlub edərək, pley-offa yüksəldi - VİDEO

    13.08.2026 22:02:10

    Azarkeşlərdən üzr istədi

    13.08.2026 20:39:37

    “Sumqayıt” Ronaldo ilə müqaviləni yeniləyib

    13.08.2026 19:33:22

    "Qarabağ" - "Dinamo": HEYƏTLƏR

    13.08.2026 18:52:15

    Azərbaycanda qardaş basketbolçular komanda yoldaşı oldular

    13.08.2026 18:31:37

    APL Fantasy-yə böyük maraq: Qeydiyyatçı sayı 10 mini ötdü

    13.08.2026 18:12:26

    Dünyanın ən güclü çimərlik güləşçiləri Bakıya gəlir

    13.08.2026 17:35:38

    Azərbaycanı Avropa çempionatında 6 idmançı təmsil edəcək - ADLAR

    13.08.2026 17:21:28

    "Qarabağ" - "Dinamo" oyunundan əvvəl fan zona yaradılıb

    13.08.2026 16:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved