"Səbail" daha bir legionerlə anlaşıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Yan Said yeni mövsümdən I Liqa iştirakçısının formasını geyinəcək.
23 yaşlı futbolçu mərkəz hücumçusudur. "Braqa"nın yetirməsidir, 2-ci komandasında kapitanlıq sarğısı taxıb.
Qısa müddət "Palmeiras" dövrü xaric, karyerası boyunca "Braqa" forması geyinib.
Portuqaliyanın U-16, U-17 yaş qruplarında oynamış Yan Said ilk dəfə legioner həyatı yaşayacaq.
