Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasına keçib.
Prosport.Az xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, ötən mövsümü “Karvan-Yevlax”da keçirən Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Sabah” və “Qarabağ” kimi klubların da formasını geyinib.
