"Turan Tovuz" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin "Gənclərbirliyi" klubu ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edib.
Tovuz təmsilçisinin qollarını Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev vurublar.
Qeyd edək ki, "Turan Tovuz" Ankara toplanışı ərzində İranın U-21 millisi və Türkiyənin "Fatih Karagümrük" klubu ilə keçirilən oyunlarda 1:1 hesablı heç-heçəyə razılaşıb. Komanda, həmçinin Türkiyənin "Iğdır" kollektivini 1:0 hesabı ilə məğlub edib.

