2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son klubu Braziliya “Kaşias”ı olan hücumçu Jam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu Braziliyanın “Fortaleza” klubunun yetirməsidir.

