“Zirə” futbolçusu Brahim Konate ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, fransalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Zirə” Brahim Konateni 2025-ci ilin may ayında heyətinə qatmışdı. 30 yaşlı futbolçu Azərbaycanda “Şamaxı”nın da formasını geyinib.

